Moskvanın daha bir aeroportundan Azərbaycana aviareyslər başlayır
2017-ci ilin yazından etibarən Rusiyanın paytaxtı Moskvada yerləşən "Jukovski" hava limanından Avropa və Asiyaya aviareyslərin yerinə yetirilməsinə başlanacaq. Bunu "İzvestiya" qəzetinə müsahibəsində "Ramport" (hava limanının inkişafına cavabdeh olan) şirkətinin baş direktorunun müavini Yevgeni Solodilin bildirib.
Onun sözlərinə görə, ilkin prioritet istiqamətlər kimi Bakı, Tel-Əviv, İstanbul və Antalya şəhərləri götürülüb. "Biz yalnız MDB ölkələrinə deyil, eyni zamanda Avropa və Asiya ölkələrinə də uçmağa başlayacağıq. Tədricən biz uçuş coğrafiyamıza Bakı, Tel-Əviv, İstanbul kimi istiqamətləri əlavə edəcəyik. Aprel-may aylarından etibarən isə Antalyaya aviareyslər yerinə yetiriləcək", - deyə o bildirib.
Y. Solodilin əlavə edib ki, adıçəkilən hava limanından Türkiyəyə uçuşları "Pegasus" aviaşirkəti yerinə yetirəcək. Şirkət İstanbul və Antalyaya həftədə 7 dəfə uçacaq.
Baş direktorun müavini bildirib ki, hazırda Macarıstanın "Wizz Air" şirkəti daxil olmaqla bir sıra xarici daşıyıcılarla danışıqlar aparılır.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl