Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AYİB Naxçıvan ilə əməkdaşlıqda maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AYİB Naxçıvan ilə əməkdaşlıqda maraqlıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri, xanım İvana Duarte ilə görüşüb.

 

Reklam_3_11

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin sədri qonağı salamlayıb, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı fəaliyyətinə toxunub.

 

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ötən müddətdə ölkəmizdə 161 layihə çərçivəsində investisiya qoyuluşunun həyata keçirildiyini bildirən Ali Məclisin sədri bunun özəl sektorun inkişafına dəstək verdiyini vurğulayıb.

 

Xanım İvana Duarte ilk dəfə Naxçıvana səfər etdiyini bildirib, muxtar respublikada olmaqdan və keçirilən görüşdən məmnunluğunu ifadə edib.

 

Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyət istiqamətləri və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verən xanım İvana Duarte muxtar respublika ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Söhbət zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

24.05.2017 06:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ