Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Sığorta” 3 nümayəndəliyini bağlayıb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Sığorta” 3 nümayəndəliyini bağlayıb - YENİLƏNİB

“PAŞA Sığorta”, 3 nümayəndəliyinin bağlanması barədə yayılmış məlumatla bağlı açıqlama verib.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumatda deyilir:

 

“Bildirmək istərdik ki, PAŞA Sığorta şirkətinin 3 nümayəndəliyinin bağlanması barədə məlumat yanlışdır, bir tək Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən Şamaxı nümayəndəliyi Ağsu nümayəndəliyi ilə əvəz olunmuşdur”.

 

XXX 13:00

 

“PAŞA Sığorta” ASC Şamaxı, Tərtər və Naxçıvan şəhərlərində yerləşən nümayəndəliklərini bağlayıb.

 

Bu barədə şirkətə istinadən xəbər verilir.

 

Məlumata görə, hazırda “PAŞA Sığorta” müştərilərinə Bakıdakı baş ofisi, “Port Baku Mall” ticarət mərkəzindəki məntəqəsi, eləcə də Gəncə, Xaçmaz, Göyçay, Lənkəran, Zaqatala, Sumqayıt, Bərdə, Şirvan, Şəki və Ağsudakı nümayəndəlikləri vasitəsi ilə xidmət göstərir.

 

Qeyd edək ki, şirkətin bağlanmış nümayəndəlikləri “Kapital Bank” ASC-nin rayonlardakı filiallarında fəaliyyət göstərib. Həm adı çəkilən bank, həm də sığorta şirkəti “PAŞA Holdinq” MMC-yə daxildir.

 

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. 

 

© Report

24.05.2017 11:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ