Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da neft hasilatı daha da artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft hasilatı daha da artdı

ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,4 milyon barrel azalıb.


 
 "Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,4 milyon barrel (0,9 faiz) azalaraq 516,3 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 1,8 milyon barrel azalma qeyd etmişdi.


 
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları 7 həftə azalma azalma qeyd edib.


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 687,7 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 0,8 milyon barel (0,3 faiz) azalaraq 239,9 milyon barelə düşüb. Bazar gözləntisi 1,2 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,4 milyon barrel azalma qeyd etmişdi.


  
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 15 min barrel artaraq 9,32 milyon barrelə çatıb.


 
Beləliklə, ABŞ-ın xam neft hasilatı son 14 həftənin 13-ünde yüksəliş qeyd etmiş oldu.


 Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlkinə nisbətən, gündəlik orta hesabla 296 min barrel azalma ilə 8,29 milyon barrelə enib.


 
ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı azalmaya baxmayaraq hasilatın artması ilə əlaqədar olaraq, qlobal bazarlarda xam neftin qiymətləri bir qədər aşağı düşüb. EIA göstəricilərinin açıqlanması ilə Brent neftin barrel qiyməti 0,5% düşərək 53,85 dollara enib.

24.05.2017 19:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ