Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fed/Kaplan: Fed bu il faizi daha 2 dəfə də artırmalıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Kaplan:  Fed bu il faizi daha 2 dəfə də artırmalıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankı Fed-in Dallas şöbəsinin sədri Robert Kaplan, Fed-in 2017-ci ildə daha iki dəfə faiz artırması lazım olduğunu düşündüyünü və bu artırımların edilməsi halında belə pul siyasətinin hələ də ekspansionist qalacağını deyib.


 
"Marja" xəbər verir ki, Kaplan, iqtisadiyyatın tam məşğulluğa yaxın olduğunu və əmək bazarında boş gücün qalmadığını qeyd edib.


 
 Ancaq hazırda inflyasiyanın yavaş və nizamsız qaldığını qeyd edən Kaplan, bu səbəbdən, pul siyasəti təşviqini aradan qaldırarkən, yavaş irəliləmək lazım olduğunu sözlərinə əlavə edib.


 
 Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında bu il səs vermə hüququna malik olan Kaplan, "Təşviqlərin qaldırılmasının lazım olduğunu düşünürəm, lakin bunu səbrli şəkildə etməliyik. ABŞ-ın qarşı-qarşıya olduğu bəzi vəziyyətlərə görə, mərhələli olmalıyıq və şərtləri qiymətləndirməliyik. Bu hallar arasında ən mühümlərindən biri qocalan nüfuzdur" şəklində danışıb.


 
Digər tərəfdən Kaplan, Fedin 4 trilyon dolların üzərinə çıxmış balansının kiçildilməsinin vacibliyinə də diqqət çəkib.

25.05.2017 05:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ