Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bazar OPEC toplantısının nəticəsini gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar OPEC toplantısının nəticəsini gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Vyanada OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin toplantısı keçiriləcək. "Marja" xəbər verir ki, toplantıda hasilatın azaldılması müqaviləsinin uzadılması məsələsinə baxılacaq və qərar veriləcək. 


 
OPEC-dən verilən məlumata görə, OPEC üzvləri və təşkilata daxil olmayan ölkələrdən ibarət komitə, müqavilənin doqquz ay uzadlmasını təklif edib. 

 


Digər tərəfdən, ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, neft ehtiyatları yeddinci həftə azalsa da, istehsal artıb.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Analitiklər, "Bazar OPEC görüşünün nəticəsini gözləyir. Yekun qərar açıq bir şəkildə bazarda təsir edəcək. Müqavilə indiyədək iştirakçılar tərəfindən disipilinli bir şəkildə tətbiq olunub. Bu bir uğurdur", - deyə bildiriblər.

 

TOPLANTIDAN ƏVVƏL BAHALAŞIB


Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 51.83 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında bareli 54.54 dollara qədər qalxıb.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

“MÜDDƏTİN UZADILMASI EHTİMALI OLDUQCA YÜKSƏKDİR”

 

Mayın 25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti görüşə toxunan Azərbaycanın energetika naziri Natiq Əliyev qeyd edib ki, razılaşmanın müddətinin uzadılması ehtimalı olduqca yüksəkdir. "Görüş iştirakçıları öz fikirlərini bildirəcək. Böyük ehtimalla, razılaşmanın müddəti uzadılacaq. Lazım olarsa, biz hasilatın bir qədər də azaldılmasına nail ola bilərik. Bazarın vəziyyəti optimistikdir. Bu səbəbdən inanmıram ki, Vyana görüşündə hər hansı sürprizlə üzləşərik. Biz bütün dünyanı maraqlandıran məsələ ilə bağlı razılığa gələ biləcəyik. Düşünmürəm ki, İran mənfi cavab verəcək. "Kaşaqan" kimi iri neft yatağını istismara verən Qazaxıstanın vəziyyəti bir qədər qəlizdir. Təbii ki, söhbət yeni yataqdan gedir və burada hasilat yeni, bəlli bir mərhələyə çatdırılmalıdır. Fikrimcə, Qazaxıstan problemin optimal həll yolunu tapacaq", - deyə o əlavə edib.

25.05.2017 06:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ