"Norm" ustalara faydalı məlumatlar verib - FOTO

 

Norm Sement “Norm Ustalar Klubu”  Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində 6 rayonda respublikanın müxtəlif bölgələrindən olan ustaların iştirakı ilə silsilə tədbirlər təşkil edib.

 

Tədbirlər ardıcıllıqla Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir, Masallı rayonlarında baş tutub.

 

Təlim xarakteri daşıyan tədbirlərdə iştirak edən “Norm Ustalar Klubu”-nun üzvü olan ustalara Norm Sementin peşəkar texniki dəstək heyəti tərəfdən sement məhsullarından səmərəli istifadə qaydaları, həmçinin sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsinə dair faydalı məlumatlar verilib.

 

Texniki dəstək heyəti ustalarla hörgü və suvaq işləri barədə yeniliklər, müasir standartlar və digər vacib məsələlər barədə geniş müzakirələr aparılıb.

 

Həmçinin, tikinti sahəsində optimal beton qarışığının əldə olunması üçün vacib şərtlər sadalanıb.

 

Tədbirin sonunda sərbəst müzakirələrə yer ayrılıb. Ustaların sement məhsullarından istifadə edərkən ən çox qarşılaşdığı problemlərdən, onların həlli yollarıdan danışılıb.

 

Tədbirlər ustaların öz aralarında ünsiyyət qurması, peşələri ilə bağlı fikir mübadiləsi aparması baxımından da mükəmməl bir vasitə olub.

 

Norm Sement inşaat sahəsində çalışan ustaların fəaliyyətinə böyük diqqət nümayiş etdirir və Norm sementlərinin son istehlakçılar tərəfindən səmərəli istifadəsini təmin etmək məqsədilə ustaların peşəkar bilik və bacarıqlarının daim təkmilləşdirilməsinə dəstək verir.

 

http://www.norm.az/press/news/20170525104953407.html

 

https://www.facebook.com/NORMLLC/posts/1115611341872265

30 May 2017 , 07:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin