Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycan Mərkəzi Bankı manatın devalvasiyasını gecikdirib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Mərkəzi Bankı manatın devalvasiyasını gecikdirib"

Neftin bahalaşması Azərbaycan iqtisadiyyatının bərpasını sürətləndirəcək. Bunu Bakıda keçirilən “Moody`s Annual Azerbaijan Summit” adlı tədbirdə “Moody’s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Pyotr Paklin bildirib.

 

Reklam_3_11

«Bizim hesablamalarımıza əsasən, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1% geriləyəcək, 2018-ci ildə isə ÜDM 1,8% artacaq. Neftin 1 barelinin qiyməti 50 dollardan çox olduğu halda Azərbaycan hökuməti sərt iqtisadi rejimdən imtina edə və dövlət investisiya qoyuluşunu artıra bilər. Bu isə iqtisadiyyatın bərpasını sürətləndirəcək”, - deyə P.Paklin qeyd edib.
 

Bununla yanaşı, vitse-prezident əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər. “Bank sektorunda manat likvidliyi çatışmazlığı möcvuddur. Bu isə kreditləşməni məhdudlaşdırır. Belə ki, dollarla kreditləşməyə maraq olduqca aşağı səviyyədədir”, - deyə o bildirib.


Analitikin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı manatın devalvasiyasını gecikdirib: “Azərbaycanın qonşuları və əsas ticarət tərəfdaşları devalvasiyanı daha tez, yəni vaxtında edib. 2016-cı ilin payızında isə Azərbaycan monetar siyasəti sərtləşdirib. Başqa sözlə, monetar siyasətin sərtləşdiriməsi devalvasiyadan təxminən 1 il sonra baş tutub. Bu addım da gecikmiş hesab olunur”.

 

© APA

25.05.2017 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ