Banksız və dövlətsiz pul vahidi Bitcoin rekorddan sonra ucuzlaşdı
Virtual pul vahidi Bitcoin-in qiyməti 2700 dolların üzərinə çıxaraq yeni bir rekord qırmışdı.
"Marja" xəbər verir ki, İnternetin banksız və dövlətsiz pul vahidi kimi tanınan Bitcoinin dəyəri 2741 dollara çıxaraq tarixindəki ən yüksək səviyyəyə çatmışdı. Bitcoin-inlərin bazar qiyməti də təxminən 45 milyard dollar olmuşdu.
Beləliklə, Bitcoinin dəyəri təkcə dünən 14 faiz, bu ilin əvvəlindən etibarən də 175 faiz artım qeyd etmişdi.
Ancaq, Bakı vaxtı ilə sat 21.00-dan etibarən dəyərdən düşən Bitcoin-in qiyməti 2229 dollara qədər geriləyərək 19% ucuzlaşdı.
Virtual pul vahidinin dəyəri,sonrakı saatlarda 2414-2481 aralığında sabitləşdi.
Mütəxəssislər, ABŞ-dakı siyasi qeyri-müəyyənlik mühiti və dünyada kiber təhlükəsizlik narahatlığına işarə edərək, sadəcə internet məkanında rəqəmsal olaraq işlədilə bilən Bitcoin-ə tələbin ötən həftədən etibarən artdığını vurğulayır.
Bitcoinin qiyməti həftə sonu 2000, bazar ertəsi günü də 2200 dolların üzərinə çıxmışdı.
Bundan başqa, dünya miqyasında rəqəmsal avadanlıqları mənfi təsir edən "Wannacry" virusu istifadəçilərin fayllarını şifrləyir, şifrəni açmaq üçün virusu yaradan şəxslər 500 dollar dəyərində Bitcoin tələb edirlər. Bunun da virtual pul vahidinin dəyərini artırdığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl