Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İnvestorlar məyus olublar - NEFT KƏSKİN UCUZLAŞIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestorlar məyus olublar - NEFT KƏSKİN UCUZLAŞIB

Xəbər verdiyimiz kimi, dünən Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə neft hasilatının azaldılması müqaviləsini 9 ay uzatdılar. İclasdan günlər əvvəl həmin müddətdən daha artığını uman investorlar məyus olublar və nəticədə də neft qiymətləri aşağı düşür.

 

Neft təxminən 6% ucuzlaşıb.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, qərarın işləməkdə olduğunu, ehtiyatlardakı azalmanın üçüncü rübdə sürətlənəcəyini və ehtiyatların gələn ilin əvvəlində beş ilin ortalamasına düşəcəyini deyib. Rusiyanın energetika naziri Aleksandr Novak, Bloomberg-ə verdiyi müsahibədə, istehsalçıların, ehtiyac olarsa, qiymətləri daha da dəstəkləmək üçün əllərində vasitələr olduğunu qeyd edib.

 

 

Analitiklər bildiriblər ki, müqavilənin 9 ay uzadılacağı əvvəlcədən bilinirdi. Bu da neft qiymətlərinin qalxmasında əks olunmuşdu. İnvestorlar Vyanada müqavilənin daha uzun müddətə uzadılacağını gözləyirdilər, amma bu baş vermədi.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 6%  düşərək 48.40 dolları, Brent nefti Londonda ICE Futures Europe birjasında 5,8% düşərək bareli 50.96 dolları görüb.

 

485 MANATA KONDİSİONER!

26.05.2017 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ