Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Moody's" öz əməkdaşının Maliyyə Nazirliyinin ünvanına söylədiklərinə aydınlıq gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Moody's" öz əməkdaşının Maliyyə Nazirliyinin ünvanına söylədiklərinə aydınlıq gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moody's öz əməkdaşının Maliyyə Nazirliyinin ünvanına söylədiklərinə aydınlıq gətirib.

 

Moody's beynəlxalq reytinq agentliyi tərəfindən rəsmi açıqlama dərc olunub.

 

Marja həmin açıqlamanı Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla təqdim edir:

 

"Moody's beynəlxalq reytinq agentliyi aydınlıq gətirmək istəyir ki, bu gün Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində dərc olunanlar həqiqəti əks etdirmir, aldadıcı və təhrifedicidir.

 

Moody's beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığını şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir".

 

Qeyd edək ki, "Moody's" reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin, "Mən artıq ABB və Maliyyə Nazirliyinin hesabatlarına inanmıram. Bu problemlər gözlədiklərimizdən də çox ola bilər" demişdi.

26.05.2017 06:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ