Azərbaycana kondisioner və paltaryuyan maşınların idxalı kəskin artıb
2017-ci ilin I rübündə Azərbaycana kondisioner idxalı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artaraq 10371 ədəd təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 2 mln. 528 min dollar məbləğində qiymətləndirilir (2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə artım 4,5 dəfə)”, - deyə məlumatda bildirilir.
I rübdə hesablama maşınları, blok və qurğularının ölkəyə idxalında kəskin artım müşahidə olunub. Bu dövrdə Azərbaycana 9 mln. 599,4 min dollar dəyərində 58641 ədəd hesablama maşını, blok və qurğusu (artım 2 dəfə) idxal olunub.
Bundan başqa, 2017-ci ilin I rübündə paltaryuyan maşınların idxalı 90,3% artaraq 28017 ədəd təşkil edib. İdxalın ümumi dəyəri 4 mln. 278,1 min (artım 45,3%) təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl