Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeronda gecə 15-18, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-19, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.  

29.05.2017 11:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ