Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank depozit hərracında müddəti və məbləği azaltdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank depozit hərracında müddəti və məbləği azaltdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, 30 may 2017-ci il tarixində keçiriləcək hərrac vasitəsilə 150 milyon manat yığılması planlaşdırılır (Əvvəlki hərraclarda 200 və 250 milyon manat). Müddət 13 gün, faiz dərəcəsi 12,01% – 14,99% müəyyən olunub. Qeyd edək ki, əvvəlki həraclarda müddət 14 gün təşkil edirdi.

 

Xəbər verdiyimiz kimi, 26.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 649 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləğdə də cəlb etmişdi.

 

22.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 493.46 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdi. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləğdə də cəlb etmişdi.

 

15.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 420.6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

12.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 612.8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdi. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

08.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 504.7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,70% təşkil etmişdi.Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

30.05.2017 06:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ