Avro ucuzlaşmaqda davam edir
Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi, bankın gələn həftəki toplantısında monetar təşviqi dayandıracağı barədə gözləntiləri rədd edib. Sədr qeyd edib ki, yaxşılaşmış iqtisadi vəziyyətə baxmayaraq pul siyasətinin sərtləşdirilməsinə və təşviqlərin ləğv edilməsinə tələsməyəcəklər.
Avropa Mərkəzi Bankı istiqrazların alınması yolu ilə dövriyyəyə ucuz pul ötürür. Eyni zamanda Avropada faiz mənfi zonadadır. Əgər pul siyasəti sərtləşərsə (təşviq dayandırılarsa və faizlər qaldırılarsa) Avro bahalaşar. Mario Draghi isə bildirir ki, bunu etməyə tələsməyəcəklər. Çünki iqtisdi inkişafda qeyd edilən irəliləyişə baxmayaraq inflyasiya hələ də aşağı qalır.
MAY AYINDA ANADAN OLANLARA PULSUZ PLASTİK KARTLAR
Avro, yen qarşısında 0.8 faiz düşüb. Treyderlərə görə, azalmaya "zərəri dayandır" əmrlərinin işə düşməsi səbəb olub.
Avronun bahalaşmasının səbəblərindən biri, Avropa Mərkəzi Bankının gələn həftəki toplantısında monetar təşviqi dayandıracağı barədə gözləntilər idi.
Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Avro/dollar məzənnəsi 0.42 faiz geriləyərək 1.1117 səviyyəsindən əməliyyat olunub (Dollar bahalaşıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl