Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Manatın çox güclənməsi doğru olmazdı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manatın çox güclənməsi doğru olmazdı"

“Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapdığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi”.

 

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib:

 

“Bu tarixçə hamıya yaxşı məlumdur. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. Lakin bəzi spesifik addımlar barədə də danışmaq istərdim. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Həta bəzi məqamlarda manatın məzənnəsi 1,92 səviyyəsinədək qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatı məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməyə başladı və pik hədlə (1,92 - red.) müqayisədə 11% ucuzlaşıb. İlin əvvəlindən isə manat 4% bahalaşıb. Hazırda valyuta bazarı normal fəaliyyət göstərir. Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Çünki bu proses tədiyyə balansı üçün problemlər yarada bilər. Ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdaşlarımızın valyutalarından ibarət səbətə nisbətən məzənnəsi - real məzənnəsi 50%-dən çox zəifləyib. Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib”.

 

Baş bankir qeyd edib ki, ilin sonunadək manatın ucuzlaşması gözlənilmir: “Manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.

 

 KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT 

 

© APA

30.05.2017 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ