Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Plan baş tutarsa, Beynəlxalq bank sağalacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Plan baş tutarsa, Beynəlxalq bank sağalacaq"

“Azərbaycan Beynəxlalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bankın əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına nail olunacaq”.

 

Reklam_3_11

Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

 

“Ötən həftə “xarici kreditorlar klubuna” restrukturizasiya planı təqdim olundu. Bu plan dövlət tərəfindən dəstəklənir. Plan baş tutarsa, bankı əhəmiyyətli dərəcədə sağlamlaşdırmaq mümkün olacaq. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Xüsusilə vurğulamaq istəyirəm ki, plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirilmə öncəsi bankın dəyərini xeyli artıracaq”, - deyə o qeyd edib.

 

© APA

30.05.2017 09:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ