Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İtaliya şirkəti, BMW və Bosch-u bir-birinə vurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliya şirkəti, BMW və Bosch-u bir-birinə vurdu

Tədarük zəncirinin ən kiçik halqalarında baş verən bir problem dünyanın ən böyük avtomobil istehsalçılarından birinə pis təsir edir. Almaniyanın avtomobil nəhəngi BMW, ehtiyat hissələrinin göndərilməsi gecikdiyinə görə Bosch-dan təzminat istəməyə hazırlaşır.

 

Reklam_3_11

0% KREDİTLƏ OFİS MEBELİ!

 

BMW, bir müddətdir ki, avtomobil istehsalında problem yaşayır; Almaniya, Çin və Cənubi Afrikadakı BMW zavodları dayanıb. Avtomobil nəhəngi, ehtiyat hissələrinin tədarükçüsü Bosch-dan təzminat istəməyə hazırlaşır.


 
"Marja" xəbər verir ki, bütün problem isə Bosch-un ehtiyat hissələri aldığı İtalaylı bir istehsalçı ilə bağlıdır. 


 
BMW-nin mətbuat katibi Maykl Rebstockun verdiyi açıqlamaya görə, ehtiyat hissələri sıxıntısı səbəbindən şirkətin müxtəlif qitələrdəki zavodlarında Cümə günündən bu yana istehsal dayanıb.


 
 BOSCH: İTALİYA ŞİRKƏTİ BÖHRANDADIR
 
 
Dünyanın ən böyük avtomobil hissələri tədarükçüsü olan "Robert Bosch Gmbh", təsiri minimuma endirmək üçün BMW ilə intensiv şəkildə çalışdığını açıqlayıb. Şirkət, axsamanın Bosch elektron sükan sistemləri üçün kassaları tədarük edən bir İtaliya şirkətindəki böhrandan qaynaqlandığını bildirir.

 

Bosch rəsmiləri, problemi həll etmək üçün bir çox əməkdaşını İtaliyaya göndərib.


 
 Bosch, Volkswagen-in emissiya qalmaqalında rol oynadığına görə də, bir müddətdir ki, çətin günlər yaşayır.


 
BMW-nin istehsaldakı çatışmazlıq səbəbindən təzminatını hər iki şirkətə də yönəldə biləcəyi söylənilir.

 

İstehsal probleminin BMW-nin ən çox satdığı model olan 3 Seriyasında (BMW 3 Series) intensivləşməsi məsələnin həssaslığını artırır.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

31.05.2017 05:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ