Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Səba Kredit”in vəziyyəti məlum oldu - HESABATLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba Kredit”in vəziyyəti məlum oldu - HESABATLAR

“Səba Kredit” Bank Olmayan Kredit Təşkilatı 2016-cı il üzrə maliyyə nəticələrini açıqlayıb.

 

Təşkilatın hesabatlarına görə, il ərzində cəmi əməliyyat gəlirləri 2 milyon 12 min manat təşkil edib. Xərclər, ayırmalar çıxıldıqdan və vergilər ödənildikdən sonra, “Səba Kredit” ötən ili 84 min 710 manat xalis mənfəət ilə başa vurub.

 

KREDİT PORTFELİ 6 MİLYON MANATA YAXINDIR

 

31 Dekabr 2016-cı il tarixinə “Səba Kredit”in cəmi aktivləri 7 milyon 741 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 5 milyon 822 min manat təşkil edib.

 

1 MİLYON MANATDAN ÇOX KAPİTALI VAR

 

Kredit təşkilatının cəmi kapitalı 1 milyon 48 min manat, o cümlədən nizamnamə kapitalı 800 min manat, cəmi öhdəlikləri, 6 milyon 693 min manat, o cümlədən uzunmüddətli kreditlər və borclar 6 milyon 604 min manat olub.

 

“Səba Kredit” BOKT MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 06/06-993 saylı 15 aprel 2011-ci il tarixli lisenziyaya əsasən fəaliyyət göstərir. “Səba Kredit” BOKT MMC tərəfindən kənd yerlərində əhalinin kənd təsərrüfatı, xüsusi ilə heyvandarlıq və əkinçilik istiqamətli təsərrüfatların rentabelliliyini artırmaq məqsədi kreditlər verir. Hal-hazırda kreditləşmə 30 dan artıq rayonda aparılır. Regionlarda 5 nümayəndəlik (Saatlı, Ağdaş, Masallı,Ağcabədi,Şəki,) və 14 şöbə fəaliyyət göstərir.  

31.05.2017 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ