Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azalan "Vaz" satışına baxmayaraq, “Xəzər Lada” mənfəətini qoruyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azalan "Vaz" satışına baxmayaraq, “Xəzər Lada” mənfəətini qoruyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın "AvtoVAZ" Konserninin Azərbaycanda rəsmi idxalçısı “Xəzər Lada” ASC 2016-cı ili 400 min manat xalis mənfəət ilə başa vurub. ASC 2015-ci ilin yekunları üzrə də 400 min manat xalis mənfəət açıqlamışdır.

 

Reklam_3_11

“Marja” ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Xəzər Lada”nın cəmi gəlirləri 15 milyon 732 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə təxminən 38% azdır.

 

Malların təqdim edilməsindən gəlir 42% azalaraq 13 milyon 753 min manata, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir isə təxminən 5% azalaraq 1 milyon 191 min manata düşüb.

 

Xərclər çıxıldıqdan sonra ASC-nin 500 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətindən 100 min manat mənfəət vergisi ödənilib.

 

Ötən il “Xəzər Lada”nın cəmi aktivləri 13 milyon 18 min manatdan 12 milyon 796 min manata geriləyib.

01.06.2017 05:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ