Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Azercell" İran və İsrail üçün vahid rouminq tarifləri tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" İran və İsrail üçün vahid rouminq tarifləri tətbiq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Azercell" MMC iyulun 1-dən İsrail və İranda həm fakturalı, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq edəcək.

 

Reklam_3_11

Abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən operatorun şəbəkəsinin seçilməsi ehtimalı qalxmış olacaq.

 

İstiqamətdən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,32 manat, bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 1,50 manat, mobil-internet xidmətinin hər bir MB görə xidmət haqqı 3,50 manat, istiqamətindən asılı olmayaraq göndərilən hər bir SMS-ə görə xidmət haqqı 0,30 manat təşkil edir.

 

Qeyd edək ki, istiqamətindən asılı olmayaraq daxil olan və çıxan zənglərin hesablama intervalı 60 saniyədir. Bundan başqa, tariflər peyk nömrələrinə və qısa nömrələrinə edlən zənglərə və göndərilən SMS-lərə şamil edilmir. Mobil-internet xidmətində hesablama intervalı 30 KB-dır və bütün tariflər ƏDV daxil olmaqla göstərilib.

 

Bununla yanaşı qeyd olunur ki, mobil-internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaq mümkündür. 

 

©Report

01.06.2017 12:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ