Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Məhsulun hamısı ixrac ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhsulun hamısı ixrac ediləcək

İstixanalardan biri Sahibkarlığa Kömək Milli Fondunun  maliyyə dəstəyilə Sabirabadda ərsəyə gəlmişdir. Rayon mərkəzinə yaxın ərazidə yerləşən təsərrüfatın ümumi ərazisi 10 hektar olsa da, hələlik onun 6 hektarında məhsul yetişdirilir. İstixana tamamilə müasir texnologiya əsasında qurulmuşdur. Burada  proseslər avtomatlaşdırılmışdır. Bütün işlər kompüter vasitəsilə idarə olunur. Şitillər Şri-Lankadan gətirilmiş xüsusi dibçəklərdə əkilib-becərilir. Pomidor şitillərinin tozlanmasında İsraildən gətirilmiş arılardan istifadə olunur.

 

Keçən il xiyar yetişdirən tərəvəzçilər bu il pomidora üstünlük veriblər. Məhsul boldur. İcraçı direktor Ramin Bağırov deyir ki, cari il 1700 tondan çox pomidor istehsal etməyi nəzərdə tutublar. Rusiyanın paytaxtı Moskva ilə müqavilələri var. İstixanada istehsal olunan məhsulun hamısı ixrac ediləcək.

 

Hazırda istixanada çalışanların sayı 100 nəfərdən çoxdur. Orta aylıq əməkhaqları da pis deyil - 300 manatdan yuxarıdır. Briqadir Təzəgül Abasəliyev deyir ki, çəkdikləri zəhmət hədər getmir: “Yetişdirdiyimiz pomidorun dadı da, görünüşü də əladır. İndiyədək heç bir irad olmayıb. Burada bizim üçün yaxşı şərait yaradılıb. Yeməkxanamız var. İşə xüsusi avtobusla gedib-gəlirik. Kollektivimiz çox səmimidir, sanki bir ailənin üzvləriyik”.

 

© Azərbaycan

02.06.2017 05:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ