Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb- YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb- YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın energetika nazirinin Türkiyədə yerləşdirildiyi xəstəxana məlum olub

 

Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilib.

 

Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər.

 

Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.

 

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ürəyinə stentlər qoyulub.

 

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 

 


09:20-ə olan

 

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq ƏliyevTürkiyəyə aparılıb.

 

Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) verilən məlumata görə, N. Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.


Qeyd edək ki, N. Əliyevin ürəyində problemlər yaranıb və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.

 

485 MANATA KONDİSİONER!

 

© APA/Report

05.06.2017 13:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ