Azərbaycanda Qafqazın ən böyük dondurma zavodu işə düşüb
Yerli dondurma şirkəti “Rich SA” MMC fəaliyyətə başlayıb.
“Marja” xəbər verir ki, “Rich SA” MMC 200-ə yaxın əməkdaşı ilə yeni inşa edilmiş zavodda dondurma istehsalını həyata keçirir. Müəssisə öz istehsal gücünə görə Qafqaz regionunun ən böyük dondurma zavodudur.
Avstriya, İtaliya və Almaniya avadanlıqları ilə təchiz olunmuş bu istehsal vahidində qeyd olunan ölkələrin texnoloqlarının və peşəkar ustalarının nəzarəti altında gigiyenik normalar çərçivəsində və özəl reseptlərlə dondurmalar istehsal edilir və istehlakçılara təqdim olunur. Dondurma istehsalında istifadə olunan xammalların Avstraliya, Türkiyə, Belçika və digər ölkələrdən gətirilməsi təmin olunur.
“Rich SA” MMC-nin istehsal etdiyi Lazzmaster, Umai, Frozzy, Kidda, Homeday markalı çeşidli dondurmaları şəhərimizin bir çox satış nöqtələrində yer alıb.
Məhsulun üstün dadı, keyfiyyəti və inqrediyentleri ilə yerli bazara iddialı daxil olan Rich MMC, yaxın zamanda ətraf region ölkələrinə də məhsul ixracını həyata keçirmək niyyətindədir.
"- 40 Dərəcə və Soyuq Gəlir" gizli anons mesajı ilə sosial media və çöl reklamında yer alan bu aksiyanın hansı məhsula aid olunduğu indi açıqlanıb. Bu, “Rich SA” dondurmalarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
6 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 16 saat əvvəl