Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu
Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.
Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.
"Marja"nın məlumatına görə, bundan əvvəl Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin edilmişdi.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çində ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir.
Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. O hazırda "Günay Sığorta" şirkətinin Direktorlar Şurasının sədridir. Həmçinin, 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri idi.
Teymur Nadiroğlu biznes administrasiyası sahəsində bakalavr, rəhbərlik və menecment üzrə aspirantura təhsilini ABŞ-ın Northeastern və Harvard universitetlərində alıb. İngilis, rus, türk və Çin dillərini bilir.
2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 mlrd. ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracının həcmi 5,1 dəfə artaraq 272 mln. ABŞ dolları, idxal isə 38% artaraq 704 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin ilk 4 ayında da artım dinamikası davam edib və ölkələrimiz arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 mln. ABŞ dolları təşkil edib.
Ölkəmiz Çin Xalq Respublikası ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
48 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl