Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftdə optimist gözləntilərin üstündən xətt çəkildi - OPEC iki fərqli cəbhəyə ayırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftdə optimist gözləntilərin üstündən xətt çəkildi  - OPEC iki fərqli cəbhəyə ayırılır

Bir neçə Ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq təsir göstərməkdədir. Bir sıra gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir. Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır.

 

Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov Facebook səhifəsində yazıb ki, qiymətin aşağı düşməsi OPEK üzv olan ölkələr arasındakı dimplomatik gərginlik ilə bağlıdır. Belə ki, bu gərginliyə görə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir. Praktik olaraq, “Qətər məsələsi” OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanklarnı xeyili məhdudlaşdırır. Digər tərəfdən isə, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Digər tərəfdən, Sədiyyə Ərəbistanın Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

Körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyili məhdudlaşdırmaqla yanaşı hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyili çətinləşdirib. Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir.

06.06.2017 08:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ