Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il üzrə audit hesabatını açıqlayıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci illə müqayisədə ötən il aktivlərini 6,06% artıraraq 1 mlrd. 17,384 mln. manata çatdırıb.
SKMF-nin 2016-cı il üzrə audit hesabatına görə, aktivlərin 1 mlrd. 9,615 mln. manatını kredit təşkilatlarına verilmiş kreditlər təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə bu rəqəm 958,234 mln. manat olub.
Fondun öhdəlikləri 11 min manat təşkil edir.
SKMF-nin kapitalının strukturuna nəzər saldıqda məlum olur ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər 1 mlrd. 6,286 mln. manat, kapitala əlavə daxilolmalar isə 11,064 mln. manatdır. Hesabat dövründə Fondun cəmi kapitalı 6,06% artaraq 1 mlrd. 17,373 mln. manat olub.
2016-cı ildə Fond əməliyyat gəlirlərini 70,76% artıraraq 19,656 mln. manata çatdırıb.
SKMF ötən ili 12,499 mln. manat zərərlə başa vurub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 6 saat əvvəl