Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bank VTB (Azərbaycan)-ın kapitalı artırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan)-ın kapitalı artırılacaq

2016-cı ildə inkişaf strategiyası çərçivəsində səhmdarları tərəfindən əlavə vəsaitin ayrıldığı "Bank VTB (Azərbaycan)" ASC-nin kapitalının gələcəkdə də artırılması nəzərdə tutulur.

 

“Marja” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda deyilir.

 

“Hazırda bankda 2017-2019-cu illər üzrə strategiya reallaşır. Kreditləşmə ilə yanaşı, bankın əsas fəaliyyət istiqaməti müasir informasiya texnologiyalarından istifadə edərək tranzaksiya biznesinin inkişafıdır. Bu səbəbdən korporativ biznesin prioritetlərindən biri Rusiya və Azərbaycan biznesləri arasında aparılan hesablaşmalarda bankın fəal iştirak etməsidir. Bank tərəfindən müasir informasiya texnologiyalarının tətbiqi həmçinin əhalinin maliyyə xidmətlərindən daha rahat istifadəsinin təmin edilməsinə yönəlib.

 

Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulur. Hazırda qrupun korporativ prosedurları çərçivəsində müvafiq işlər həyata keçirilir.

 

2016-cı ildə bu strategiyanın reallaşması məqsədilə bank qrupun prioritetlərini nəzərə alaraq müasir iqtisadi şəraitdə çalışan yeni komanda formalaşdırıb.


Yeni layihələrin reallaşması ilə yanaşı bank fiziki və hüquqi şəxslərin öhdəliklərinin restrukturizasiyası üzrə işini davam etdirib. "Bank VTB (Azərbaycan)" borclu müştəriləri üçün müasir şərtlərə uyğun müvafiq təkliflər hazırlayaraq təqdim edib”.

 

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC Beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə ötən ilə olan hesabatını dərc edib.

07.06.2017 09:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ