Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Lizinq xidmətlərinin ÜDM-də payı 4%-dək çatdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lizinq xidmətlərinin ÜDM-də payı 4%-dək çatdırılacaq

Azərbaycan hökuməti 2017-ci ildə “Lizinq haqqında” qanun layihəsini hazırlamaq niyyətindədir. Bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

 

“Yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaq”, - deyə sənəddə deyilir.

 

Bundan başqa, 2017-2018-ci illərdə hökumət lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunmasını təmin etməyi və yeni tənzimlənmə mexanizmlərini müəyyənləşdirməyi planlaşdırır.

 

“Lizinq üçün əlavə güzəştlərin tətbiqi nəzərdən keçiriləcək. Bu güzəştlər KOS subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaq”, - deyə sənəddə vurğulanır.

 

2017-2020-ci illərdə hökumət həmçinin Azərbaycanda maliyyə sisteminə uyğun olaraq, alternativ maliyyə alətlərindən istifadə imkanları, mexanizmləri və tətbiqi perspektivləri araşdıracaq. Mövcud maliyyə alətlərindən istifadənin genişləndirilməsinə dair təkliflər hazırlayacaq.

 

“KOS subyektlərində forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadə stimullaşdırılacaq”, - deyə sənəddə deyilir.

 

Sənədə əsasən, lizinq bazarının inkişaf etdirilməsi 2020-ci ilədək Azərbaycanda lizinq əməliyyatlarının ÜDM-də payını 2%-ə, 2025-ci ilədək isə 4%-ə çatdırmaq imkanı verəcək.

 

“Lizinq şirkətlərinin fəaliyyətinin əhatə dairəsi, portfelləri və kapitallaşma dərəcəsinin aşağı səviyyədə olması xarici investorlar üçün bu sahənin cəlbediciliyini azaldır. Hazırda Azərbaycanda 30-dan çox şirkət lizinq üzrə ixtisaslaşmışdır və onların lizinq əməliyyatlarının həcmi təxminən 200 mln. manat təşkil edir ki, bu da ÜDM-in təxminən 0,5%-i həcmindədir”, - deyə “Yol Xəritəsi”ndə qeyd olunur. 

26.12.2016 06:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ