Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-dan "Dodd-Frank"ı ləğv edəcək layihəyə razılıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan "Dodd-Frank"ı ləğv edəcək layihəyə razılıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

Keçmiş ABŞ Prezidenti Barak Obamanın 2008 maliyyə böhranından sonra həyata keçirdiyi "Dodd- Frank Wall Street"  islahatının ləğvini nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasından keçib.


 
"Marja" xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatası, "İnvestorlar, İstehlakçılar və Sahibkarlar üçün Maliyyə Ümidi və Fürsətlər qanunu" (CHOICE) layihəsini 186-ya qarşı 233 səslə qəbul edib.


 
Obama rəhbərliyinin 2010-cu ildə həyata keçirdiyi "Dodd-Frank Wall Street" İslahatının tələblərini böyük miqyasda ortadan qaldırılmasına  imkan verəcək qanun təklifinin, növbəti dayanacağı ABŞ Senatı olacaq.


 
Layihə, Respublikaçıların nəzarətindəki Senatdan da keçsə, qüvvəyə minməsi küçün ABŞ Prezidenti Donald Trumpın imzasına təqdim olunacaq.


 
Trumpın ötən həftələrdə sələfinin imzasını daşıyan tənzimləmələrin yumuşaldılması məqsədilə müxtəlif prezident fərmanları verməsi, adıçəkilən qanun layihəsini təsdiq edəcəyi şəklində şərh olunur.


 
Layihənin qüvvəyə minməsi vəziyyətində banklara qarşı  sərmayə zərurətləri və stress test tələblərinin yumuşaldılması ilə bərabər, İstehlakçının Maliyyə Haqlarının Müdafiəsi Ofisinin və Federal Sığorta Ofisi kimi təşkilatların bağlana biləcəyi bildirilir.


 
 "Dodd- Frank Wall Street" İslahatı


 
Obama rəhbərliyi, dünya iqtisadiyyatını kollaps həddinə gətirən 2008 maliyyə böhranının təkrar olunmaması üçün Wall Street-ə yeni tələblər qoyan "Dodd-Frank Wall Street İslahatı" haqqında qanunun 2010-ci ildə tətbiqinə başlamışdı.


 
İslahatlar çərçivəsində kapital bazarı törəmə alətləri, mürəkkəb bazar əməliyyatları və şirkət rəhbərlərinin mükafatları hökumətin nəzarətinə keçdi. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi təşkilatlar, Amerika maliyyə sisteminin Dodd-Frank İslahatı sayəsində keçmişə nisbətən daha sabit və müqavimətli hala gəldiyini bildirirdi.

 

YENİ İMKANLAR – YENİ MOBİL BANK!

09.06.2017 06:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ