Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Başak İnam Sığorta” nizamnamə kapitalını 43% artırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Başak İnam Sığorta” nizamnamə kapitalını 43% artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Başak İnam Sığorta” ASC nizamnamə kapitalını yaxın 1 ay ərzində 3 mln. manat və yaxud 42,86% artıraraq 10 mln. manata çatdıracaq. Bu barədə  şirkətdən bildirilib.

 

Məlumata görə, kapital artımı ilə bağlı qərar “Başak İnam Sığorta”nın səhmdarlarının dekabrın 22-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Yığıncaqda həmçinin səhmdarlara təklif olunub ki, ləğvetmə prosesində olan “Zaminbank” ASC-nin payı alınsın.

 

Xatırladaq ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu baş versə, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.

 

Qeyd edək ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

 

© Report

26.12.2016 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ