Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"OPEC-in hasilatı məhdudlaşdırması 5 il davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC-in hasilatı məhdudlaşdırması 5 il davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məhdudlaşdırmalarının (hasilatın azaldılması) gələcək 5 il ərzində də gözləndiyini söyləyib.


 
"Marja" xəbər verir ki, Əl-Falih, 8-ci Beynəlxalq Davamlı İnkişaf Üçün Enerji Forumu çərçivəsində keçirdiyi mətbuat konfransda, ABŞ-ın böyük bir neft bazarı olduğunu xatırladıb və həmin bazarın Səudiyyə Ərəbistanı üçün əhəmiyyətli olmağa davam edəcəyini vurğulayıb.

Reklam_3_11


 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!


Yaxınlarda ABŞ-da böyük neft emalı zavodunu satın aldıqlarını qeyd edən Əl-Falih, aldıqları emalı zavodunu neft ixracını artırmaq üçün istifadə edəcəklərini dilə gətirib.

 

Əl-Falih, ABŞ-ın Meksika Körfəzində yaxşı istehsala malik olduğuna işarə edərək, "Onların nefti başqa yerlərə göndərilir və biz OPEC-in razılaşması çərçivəsində hasilatı və nəqli məhdudlaşdırırıq" deyib.


 
Hasilatın azaldılmasının ölkəsinin ABŞ bazarındakı payının artırılması hədəfinə təsir göstərməyəcəyini vurğulayan Əl-Falih, "Biz bunu 15-18 milyard dollarlıq ciddi investisiyalarla dəstəkləyirik. Ancaq, ABŞ olmasa, başqa yerlərə ixrac edəcəyik" şəklində danışıb.


 
Əl-Falih, OPEC-in hasilatı azaltmasına toxunaraq, "Bu başlanğıcdır və biz gələcək 5 ildə böyük məhdudiyyətlər gözləyirik. Ondan sonra bəlkə, tələb və təklif tarazlığı dəyişəcək və biz bütün bazarda öz niyyətimizi həyata keçirməyə davam edəcəyik" ifadələrini istifadə edib.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

11.06.2017 19:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ