Neft Fondu bank depozitlərinə investisiyaları artırıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bank depozitlərinə investisiyalarının həcmi 2017-ci il yanvarın 1-nə 3 milyard 759 milyon manat təşkil edib.
Bu barədə ” Fondunun “PWC-Azerbaijan” MMC tərəfindən hazırlanmış audit hesabatında bildirilir.
Hesabata əsasən, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 2,1 dəfə çoxdur. Kəskin artım ARDNF-in ötən il “Azərbaycan Beynəlxalq Bankı”nda yerləşdirdiyi 1 milyard 774 milyon manatlıq depozit hesabına olub.
Fond həmçinin Türkiyənin 4 bankında yerləşdirdiyi depozitlərin həcmini artırıb. Belə ki, bu rəqəm “Zıraat Bankası” üzrə 10,6% artaraq 429 mln. manata, “Akbank” üzrə 19,7% artaraq 280 mln. manata, “İş Bankası” üzrə 9,2% artaraq 638 mln. manata, “Garanti Bankası” üzrə 8,7% artaraq 638 mln. manata çatdırılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl