Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"AtaBank"ın yeni Sahil şöbəsi istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "AtaBank"ın yeni Sahil şöbəsi istifadəyə verilib

Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Sahil" şöbəsinin açılışı olub.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, 28 May metrosunun yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.

 

Yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

 

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin direktoru İlqar Sadıqov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev bildirib ki, “AtaBank ASC-nin konsolidasiyadan sonra bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci yerdə qərarlaşıb”.

 

"AtaBank"-ın "Sahil" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Sahil" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

 

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

12.06.2017 10:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ