Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qətər böhranın pərdə arxası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətər böhranın pərdə arxası

Səudiyyə Ərəbistanının başçılığı ilə bəzi ərəb ölkələrinin Qətər ilə olan bütün əlaqələrini kəsməsinin səbəbləri.

 

Reklam_3_11

Səudiyyə Ərəbistanının Qətəri mühasirəyə alaraq təcrid etmək siyasətinin əsası 1995-ci ilədək uzanır və Körfəzin iki ölkəsi arasındakı münaqişənin səbəbi uzun tarixi təbii qaz münaqişəsində yatır. 1995-ci il yalnız Əmr Xəlifə bin Həməd Al Saninin devrildiyi il deyil, eyni zamanda kiçik çöl yarımadası Qətərin, dünyanın ən böyük yatağından mayeləşdirilmiş təbii qaz nəqlinə başladığı bir ildir. Qətərin malik olduğu təbii qazın demək olar ki, hamısını təmin edən ofşor Şimal sahəsi, Səudiyyə Ərəbistanının nifrət etdiyi rəqibi İran tərəfindən də istifadə edilir. Qaz satışından əldə edilən gəlirlər, Qətəri dünyanın ən iri mayeləşdirilmiş qaz (LNG) ixracatçısı etməklə kifayətlənməyib (ətraflı: http://marja.az/news/8461), illik adambaşına düşən 130 min dollar ilə də dünyanın ən zəngin ölkəsi edib.

 

(Qeyd: Xəlifə bin Həməd, 1995-ci ildə İsveçrənin Cenevrə şəhərində olan zaman oğlu Həməd bin Xəlifə tərəfindən saray çevrilişilə vəzifədən uzaqlaşdırılıb. 2004-ci ilə qədər xaricdə sürgündə yaşayan Xəlifə bin Həməd, onu çevirən oğlu ilə razılaşaraq 2004-ci ildə Qətərə geri qayıdıb və 2016-cı ildə vəfat edib. 25 İyun 2013-cü il tarixində Tamim bin Həməd əs-Sani, atası Həməd bin Xəlifə es-Saninin istefasının ardından Qətər əmiri olub.)

 

Qətər rəhbərliyinin təbii qaza fokuslanması ölkənin Səudiyyə Ərəbistanının hakimiyyətindən qopmasına (nəzarətindən çıxmasına) və Körfəz Əməkdaşlıq Şurasındakı neft istehsal edən qonşularından ayrı bir yer tutmasına imkan verdi. Qətər Ər-Riyadın əvəzinə  İran, ABŞ və son olaraq Rusiya kimi digər qüvvələrlə əməkdaşlıq qurdu. Qətər, ABŞ Mərkəzi Komandanlığına ev sahibliyi edir. Qətər dövlət fondu ötən il Rusiya dövləti tərəfindən işlədilən enerji nəhəngi "Rosneft Oil"in səhmlərinin bir hissəsini 2.7 milyard dollara satın almışdır.

 

"Qanadlarını kəsmək üçün istifadə edirlər"

 

“Marja” xəbər verir ki, məsələ ilə bağlı olaraq "Bloomberg"ə açıqlama verən ABŞ-ın Hyuston şəhərindəki Rays Universiteti Baker İnstitutundan enerji tədqiqatçısı Jim Krane, "Qətər keçmişdən Səudiyyə Ərəbistanına tabe bir dövlət kimidi. Ancaq Doha rəhbərliyi qazdan əldə etdiyi sərvəti daha müstəqil hərəkət etmək üçün istifadə etdi və edir. Bölgənin geri qalan qismi Qətərin qanadlarını kəsmək üçün bir fürsət axtarır" deyir. Bu fürsət, ABŞ Prezidenti Donald Trumpın Səudiyyə Ərəbistanına səfər edib "vicdanı olan bütün millətləri" İranı yalnızlaşdırmağa çağırması ilə ortaya çıxdı.

 

Trump, Qətər və bəzi ərəb ölkələri arasında böhranla bağlı "Twitter" hesabı üzərindən fikirlərini paylaşıb. ABŞ Prezidenti, "Yaxın Şərq səfərimdə, radikal ideologiyaların artıq maliyyələşdirilməyəcəyini söylədim. Liderlər Qətəri işarə etdi, baxın!" -ifadələrini istifadə edib.

 

Qətərin rəsmi xəbər agentliyi QNA, 23 May gecəsi Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saniyə istinadən "ABŞ-a qarşı və İranı dəstəkləyən" bəyanatlar yaymışdı. Bəyanatlar qısa müddət ərzində mediada geniş şəkildə yer almışdı. Bundan bir neçə saat sonra açıqlama verən Qətər hökuməti, QNA saytının kiber hücuma məruz qaldığını bildirmişdi. Qətər Xarici İşlər Nazirliyi də açıqlamasında, QNA-nın kiber hücuma məruz qaldığını və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini, media orqanlarından bu açıqlamaları nəzərə almalamalarını tələb etmişdi.

 

ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ

 

Qətər, informasiya agentliyində yer alan İran lehinə xəbərlərin bir kiber hücum məhsulu olduğunu söyləsə də Səudiyyə Ərəbistanının cəzalandırma həmləsi gecikmədi. Həlledici faktor Qətərin təbii qaz hasilatının Səudiyyə Ərəbistanının dominat olduğu Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) müstəqil olmasıdır. 1996-da çevriliş cəhdi yaşayan Əmir Şeyx Təmin bin Həməd Al Sani, Qətəri Körfəz qonşularının bazarlarına inteqrasiya edəcək boru kəmərləri inşa etmədi. Qətərin Şimal Məkanını Birləşmiş Ərəb Əmirlikləri və Omana bağlayan "Dolphin layihəsi" inşa edilən yeganə boru kəməridir və gücünün üçdə ikisi həcmində çalışır. Qətər qaz ixracının böyük hissəsini Asiya və Avropa  bazarlarına edir.

 

BBC-nin yaydığı bir hesabata görə, iki yüksək vəzifəli Qətər rəsmisi, 2000-ci ildə dövlət çevrilişinin təşkil edilməsinə Bəhreynin Səudiyyə Ərəbistanının icazəsilə kömək etdiyini iddia edib.

 

Keçmişdə neftlə zəngi olan Körfəz ölkələri təbii qazın demək olar dəyərsiz olduğunu düşünüb, onu adətən neft çıxarma xərclərini azaltmaq məqsədilə quyulara geri vurmaq üçün istifadə edirdilər. Ancaq son zamanlar, Körfəz ölkələrində sənaye istehsalı üçün elektrik enerjisi istehsalında istifadə edilmək üçün LNG-yə olan tələb getdikcə artır. Dünyada qazı ən aşağı xərclə çıxaran ölkə Qətərdir. Və Qətərin təbii qaz zənginliyi, qonşularını narahat edən xarici siyasətlər aparmasına kömək etdi. Doha rəhbərliyi Misirdə Müsəlman Qardaşları, Qəzza zolağında Həmas Təşkilatını, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Liviya və Suriyada lidrlerin qarşı çıxdığı silahlı qrupları dəstəkləyib. Təbii qaz, eyni zamanda qlobal bir televiziya şəbəkəsi olan və çox vaxt Yaxın Şərq hökumətlərini utandırmış, ya da hirsləndirmiş "Əl Cəzirə"nin də xərclərini  qarşıladı. Və hər şeydən əvvəl, təbii qaz, Qətərin sərvətinin mənbəyini təminat altına almaq üçün Şiə İranla regional siyasət inkişaf etdirməyə təşviq etdi.

 

YENİ İMKANLAR – YENİ MOBİL BANK!

 

Corctaun Universitetinin beynəlxalq münasibətlər və Körfəz araşdırmaları professoru Gerd Nonnemani, "Güman edirəm, Ər-riyad, Qətərin tamamilə çökməsini gözləyir. Lakin Qətər Müsəlman Qardaşlarını terror təşkilatı kimi qəbul etməyəcək. Çünki deyillər. Qətərin iqtisadi inkişafı üçün çox əsas olan İran ilə ticarət əlaqələrindən də əl çəkməyəcək" deyə yaxın gələcəkdə olacaqları yekunlaşdırır.

 

Böhrana, 1 milyard dollarlıq razılaşma təkan verdi

 

İngiltərənin "Financial Times" qəzeti, Körfəz ölkələrinin Qətərlə bütün əlaqələri kəsməsinə səbəb olan hadisənin aprel ayında Doha rəhbərliyi tərəfindən Əl-Qaidə ilə əlaqəli "Təhrir əl Şam" təşkilatına və  İranın dəstəklədiyi Şiə milislərə ödənilən 1 milyard dollar  olduğunu yazıb.

 

Qəzet, Apreldə İraqın cənubunda ov etməyə gedən 26 Qətər kral ailəsi üzvünün Əl-Qaidə ilə əlaqəli qruplar tərəfindən qaçırıldığını və  girovlərin buraxılması üçün pul tələb olunduğunu bildirib. "Financial Times"a danışan Qətərli bir hökumət rəsmisi pulun verildiyini təsdiqləsə də məbləğ barədə məlumatı olmadığını bildirib. Qəzetə məlumat verən Suriyalı müxalifətçi isə təkcə "Təhrir əl Şam" təşkilatına edilən ödəmənin 300 milyon dollara çatdığını bildirib. Xəbərdə "Səudiyyə Ərəbistanını əsl qəzəbləndirən, regionda ən böyük rəqibi İranın dəstəklədiyi Şiə təşkilatlara və Tehrana edilən ödənişlərdir" deyilir. Bir diplomat da, "Qətərin İrana da ödəniş etməsi Səudiyyə Ərəbistanı üçün stəkanı aşan son damla oldu" deyə qeyd edib.

 

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yemən Qətər ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb.

 

Qərara səbəb olaraq "Qətərin terrorizmə dəstək verməsi" göstərimiş, Doha rəhbərliyi ittihamları rədd etmişdi.

 

100.000 DOLLAR VİRTUAL PUL İLƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN!

12.06.2017 21:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ