Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

130 milyard daxil olub, 75%-i istifadə edilib - Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
130 milyard daxil olub, 75%-i istifadə edilib - Azərbaycanda

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

2001-2016-cı illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar 130,8 mlrd. dollar təşkil edib. Bu barədə fondun 2016-cı il üzrə illik hesabatında deyilir.

 

Fondun saytında dərc edilmiş hesabata əsasən, qeyd olunan dövrdə daxilolmaların 74,7%-i istifadə edilib, qalan 25,3% və ya 33,15 mlrd. dolları isə yığıma göndərilib.

 

Fonda daxil olmuş vəsaitlərin əsas hissəsi dövlət büdcəsinə transfert edilib. 2003-2016-cı illərdə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 71,5 mlrd. manat, o cümlədən 2016-cı ildə 7,615 mlrd. manat təşkil edib.

 

Ötən ilin sonuna fondun aktivləri 33,147 mlrd. dolar təşkil edir və hesabat ilində 1,3% azalıb.

 

Hesabata əsasən, 2016-cı ildə ARDNF-in investisiya portfelinin gəlirliliyi 1,92% təşkil edib. Son 10 il ərzində (2006-2016-cı illər) fondun portfelinin orta gəlirliliyi illik 2,19%-ə bərabər olub.

 

ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

 

YENİ İMKANLAR – YENİ MOBİL BANK!

13.06.2017 06:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ