ABŞ-da artan hasilat neftin qalxmasına imkan vermir
Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqlayacağı ABŞ-da neft ehtiyatı göstəricisinin, ötən həftə 2.25 milyon barrel aşağı düşməsi gözlənilir. Xam neft ehtiyatları, 2 İyun həftəsi artmışdı və son doqquz həftənin ilk artımını qeyd etmişdi. EIA, ABŞ-ın şist nefti sahələrindəki hasilatın iyul ayında rekord səviyyələrə çıxacağını qeyd edib.
Baker Hughes Inc.-ın ötən cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 21 həftə ardıcıl artıb və 30-ci ilin ən uzun artım dövrünə daxil olub.
ABŞ-da artan hasilat, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu digər bəzi ölkələrin hasilatı azaltmalarını heç edir. Buna görə neftin bareli 50 dollardan aşağı ticarət olunur.
ABŞ-da ötən həftə ehtiyatların azalmasının gözlənməsilə neft qiymətləri cüzi artıb. Bakı vaxtı ilə saat 09:45-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI), Nyu-Yorkda Nymex birjasında 46.26 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 48.49 dollardan ticarət olunub.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,49 dollar və ya 1,01% artaraq 49,03 dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 7 d. əvvəl
-
29 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 36 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl