Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda biznesi milli valyutada maliyyələşdirmək niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda biznesi milli valyutada maliyyələşdirmək niyyətindədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) üçün prioritetdir. Bu barədə bankın prezidenti İhsan Uğur Delikanlı iyunun 13-də QDTİB-in Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında bildirib.

 

"Azərbaycanın qeyri-neft sektorunda kiçik və orta biznesin maliyyələşdirilməsi bank üçün prioritetdir", - deyə o qeyd edib.

 

Bundan əlavə, bankın prezidenti deyib ki, QDTİB Azərbaycanda biznesi mili valyutada maliyyələşdirmək niyyətindədir.

 

Onun sözlərinə görə, bu proses QDTİB tərəfindən manat istiqrazlarının buraxılışı yolu ilə mümkün ola bilər.

 

İ.U.Delikanlı qeyd edib ki, bu cür iş 3 ölkədə həyata keçirilir: “Hazırda biz bu məsələ ilə bağlı Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə çalışırıq. İstiqrazların buraxılış həcmi onlara olan tələbatdan asılı olacaq”.

 

O, həmçinin bildirib ki, QDTİB layihələrin orta və qısamüddətli maliyyələşdirilməsini, korporativ kreditləşmə və digər təminatlar təklif edir: “Bizim əsas təkliflərimiz Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib”.

 

Maliyyə naziri Samir Şərifov təqdimatda bildirib ki, bu günədək Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda özəl sektora 34 layihə üzrə 359 mln. avro məbləğində kredit ayırıb ki, bu da bankın əməliyyatlar portfelində 8,4% təşkil edir.

 

ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ

 

© İnterfaks-Azərbaycan

13.06.2017 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ