Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"İctimaiyyətə hələlik heç nə deyə bilmərəm” - SAMİR ŞƏRİFOV

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İctimaiyyətə hələlik heç nə deyə bilmərəm” - SAMİR ŞƏRİFOV
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

İyulun ortalarına qədər Azərbaycan Beynəlxalq Bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planının xarici kreditorların qəbulu ilə bağlı vəziyyət aydınlaşacaq. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.

 

“Gələn ayın ortalarına qədər vəziyyət aydın olacaq. İctimaiyyəti danışıqlar barədə məlumatlandırmışıq. Bundan başqa hələlik heç nə deyə bilmərəm”, - deyə S.Şərifov vurğulayıb.

 

Xəbər verildiyi kimi, ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Bank $3,34 mlrd. məbləğində öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır.

 

Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC tərəfindən borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrasını dayandırır.

 

 KART ALANLARA PULSUZ SƏYAHƏT SIĞORTASI!

 

© “İnterfaks-Azərbaycan”  

13.06.2017 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ