Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda illik və aylıq inflyasiya açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda illik və aylıq inflyasiya açıqlandı

Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% bahalaşıb.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3% ucuzlaşıb.

 

Ay ərzində düyü, kərə yağı, pendir, meyvə şirəsi, spirtli içkilər, qəhvə, çay və kakao, soğan, kartof, yerkökü, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, süd, yumurta, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, tütün məmulatları, pomidor, xiyar, göyərti, kələm, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, tozsoranlar, velosipedlər, televizorlar, fərdi və planşet tipli kompüterlər, inşaat materiallarından kərpicin, sement, su və kanalizasiya boruları, metal kirəmit və keramik plitələrin qiymətlərində bahalaşma, laminat parket, pəncərə şüşəsi, sulu boya, keramik plitə yapışdırıcısı, mobil telefonlar, noutbuklar qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

May ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən istehlak həcmi limitdən artıq olan abonent qrupu üzrə təbii qaz təchizatı, respublikadan kənarda istirahət turları, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri, mənzillərin icarə haqqı, məişət cihazları, avtomobillər, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətləri, stomatoloji xidmətlərin qiymətlərində bahalaşma müşahidə olunub, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

13.06.2017 14:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ