Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR brendi altında məmulatlar istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR brendi altında məmulatlar istehsal ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə “SOCAR Methanol” MMC 250 min ton metanol istehsal etməyi planlaşdırır. Bu barədə MMC-nin baş direktoru Elnur Mustafayev “Consulting and Business” jurnalına müsahibəsində bildirib.

 

Reklam_3_11

Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-may aylarında MMC 70 min 252,57 ton metanol istehsal edib.

 

“Bu il 250 min ton metanol istehsal etməyi planlaşdırırıq. Bu, istənilən ötən illərin göstəriciərindən 2 dəfə çoxdur və bu hələ başlanğıcdır. Məhsulumuza dünyada tələbatın stabil artımını nəzərə alaraq, yaxın müddətdə istehsal həcmini illik 500 min tonadək artırmağı planlaşdırırıq. Məhsuldarlığı isə 90%-dək artıracağıq”, - deyə E.Mustafayev vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycanda Metanol zavodunun maksimum məhsuldarlığı illik 650-700 min ton təşkil edir.

 

O həmçinin məlumat verib ki, yaxın gələcəkdə “SOCAR Methanol” MMC metanolun bazasında daxili və xarici bazarlarda realizə etmək məqsədilə SOCAR brendi altında perspektivli son tələbat məmulatlarının istehsalına başlamağı planlaşdırır.

 

“Biz təbii qazın emalının dərinləşməsi və metanol istehsalından buraxılmasına keçidə yönəlmişik. Misal üçün, yanacaq əlavələri, sənaye və məişət həllediciləri, boya, lak, qatran və s. Bu, daxili və ixrac potensialının möhkəmlənməsinə yönələn biznes strukturu kimi inkişafımızın əsas strateji istiqamətlərindən biridir”, - deyə E.Mustafayev vurğulayıb.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanın daxili bazarında metanola tələbat satışın ümumi həcminin cəmi 5%-ni təşkil edir və boya, lak, neft və qaz quyularının qazılması prosesi, o cümlədən karohidrogenlərin nəqli zamanı istifadə olunan xüsusi maddələr istehsal edən bir neçə şirkət hesabına formalaşır.

 

“Daxili bazar dinamik inkişaf edir. Yaxın gələcəkdə daxili bazarda metanolun realizə həcmi bir çox dəfə artacaq. Konkret vəzifəmiz ondan ibarətdir ki, 2019-cu ildən etibarən yerli bazarda satış həcmini artıraq. Şübhə etmirəm ki, bu səviyyəyə çatacağıq”, - deyə E.Mustafayev bəyan edib.

 

© İnterfaks-Azərbaycan

13.06.2017 15:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ