Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiyaya ən çox alma satan ölkələr sırasındadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya 2014-cü ildən qüvvədə olan embarqoya baxmayaraq, dünyada ən iri alma idxalçısı olaraq qalır. Belə ki, 2016/17-ci il mövsümündə (iyul-iyun) ölkəyə alma idxalı 670 min ton təşkil edəcək. Bu, ötən illə müqayisədə 72 min ton (10%) azdır.

 

Reklam_3_11

"Agroinvestor" agentliyinin verdiyi məlumata görə, Belarusdan tədarükün azalması, Azərbaycan, Moldova və Serbiyadan isə artması fonunda idxal azalmaqda davam edəcək.

 

Bir il öncə olduğu kimi, idxalın həcminə görə ikinci yeri Belarus (600 min ton), üçüncü isə Avropa İttifaqı (430 min ton) qoruyub saxlayır.

 

Rusiyanın özündə alma istehsalı 2016-cı ildə 1,33 mln. ton olub. Bu rəqəm 2015-ci ilin göstəricisindən 24 min ton çoxdur. Təzə alma istehlakı bu mövsüm 67 min ton azalacağı, lakin istehsalın əvvəlkitək (1,57 mln. ton) çox olacağı gözlənilir. Daha 348 min ton alma isə emala göndəriləcək.

 

Bütövlükdə, 2016/17-ci il mövsümündə dünya alma istehlakının 728 min ton artaraq 77,2 mln. tona çatacağı gözlənilir. Bu proqnoz ilk növbədə Çin hesabına artırılıb. Alma istehsalı üzrə dünya lideri olan Çində istehsal son 5 ildə sabit dərəcə artır və cari mövsümdə 43,5 mln. ton (ötən kənd təsərrüfatı ilindən 900 min ton çox) təşkil edib.

 

Proqnozlara görə, alma üzrə dünya ticarətinin həcmi Avropa İttifaqı və İrandan tədarükün azalması səbəbindən 3% - 6,17 mln. tonadək azalacaq.

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

© Report

14.06.2017 09:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ