Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

9 ayda 956 milyon nəfər beynəlxalq səyahət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 ayda 956 milyon nəfər beynəlxalq səyahət edib

Dünyada beynəlxalq səyahət edən şəxslərin sayı, yanvar-sentyabr dövründə 956 milyon nəfər olaraq hesablanıb.
 


"Marja" UNWTO-nun Dünya Turizm Barometri hesabatına istinadən xəbər verir ki, 2016-ci ilin 9 aylıq dövründə (yanvar-sentyabr) dünya üzrə təxminən 956 milyon insan bir ölkədən başqa bir ölkəyə səyahət edib. Beynəlxalq səyahət edən şəxslərin sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,7% artıb. 2015-ci ilin eyni dövründə təxminən 922 milyon nəfər beynəlxalq səyahət etmişdi.

Reklam_3_11


 
 Yanvar-sentyabr dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə, Avropa ölkələrinə gələn turistlərin sayı 1,6 faiz, Asiya və Sakit Okean ölkələrinə gələn turist sayı 9,3 faiz, Amerika ölkələrinə gələn turist sayı 4,4 faiz, Afrika ölkələrinə gələn turist sayı da 8,4 faiz artıb. Yaxın Şərqə gələn turist sayı isə 6,4 faiz azalıb.


 
Ölkə olaraq, Cənubi Koreyada 34 faiz, Vyetnamda 36 faiz, Yaponiyada 24 faiz və Şri-lankada 15 faiz ilə iki rəqəmli  artım qeyd edilib.


 
 Avropada İspaniya, Macarıstan, Portuqaliya və İrlandiya kimi ölkələrdə əhəmiyyətli artım qeyd edilsə də Fransa, Belçika və Türkiyədəki geriləmə olub.

26.12.2016 11:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ