Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ Senatından Rusiyaya yeni sanksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Senatından Rusiyaya yeni sanksiya

 
ABŞ Senatı 2016-cı ildə Amerikada keçirilmiş prezident seçkisinə qarışdığı əsası ilə Rusiyaya sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edib.


 
Senatın Baş Məclisində 2 xeyr səsinə qarşı 97 bəli səsilə keçən qanun layihəsinin hazırda senatda müzakirəsi davam etdirilən və təsdiq olunacağı gözlənilən İrana sanksiya qanununa əlavə olunacağı bildirilir.


 
"Marja" xəbər verir ki, Senatın Xarici Əlaqələr Komitəsindən verilmiş yazılı açıqlamaya görə, sözügedən layihə, Rusiyaya qarşı ABŞ-da prezident seçkisinə təsir etdiyi üçün sanksiyalar tətbiq edilməsilə yanaşı, Ukraynanın ərazi bütövlüyünü təhdid etməsi, Krımı ilhaq etməsi və Suriyadakı fəaliyyətlərinə qarşı hazırkı sanksiyaları da genişləndirəcək.


 
Layihə həmçinin tətbiq edilən sanksiyaların qaldırılmasını və ya yüngülləşdirilməsi kimi halların Konqresin araşdırmasına verilməsini nəzərdə tutur.


 
 Komitənin bəyanatında həmçinin bu ifadələrə yer verilib:


 
"(Layihə çərçivəsində) Korrupsiya edən Rusiya rəsmilərinə, sanksiyalardan qaçanlara, ciddi insan haqları pozunlara qarışanlara, Əsəd rejiminə silah dəstəyi verənlərə, Rusiya hökuməti adından pis kiber fəaliyyəti göstərənlərə, dövlət resurslarını korrupsiyaya ilə ələ keçirənlərə və Rusiyanın müdafiə və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlərə yeni sanksiyalar tətbiq ediləcək".


 
Layihənin Rusiya iqtisadiyyatında mədən, metal, nəqliyyat və dəmir yolu sektorlarına mənfi təsir göstərəcəyi ifadə edilir.

15.06.2017 08:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ