“Şahdağ” yay mövsümünə başlayır - YENİLİKLƏR
“Şahdağ” Turizm Mərkəzi iyunun 15-dən yay mövsümünü açıq elan edir.
Mərkəzdən bildirilib ki, hər il olduğu kimi, bu il də yerli və xarici turistlərin istirahətini daha mükəmməl etmək məqsədilə mərkəz tərəfindən çoxsaylı yay əyləncələri, maraqlı tədbirlər təqdim olunacaq.
Belə ki, bu ildən etibarən kanat yolları və yay əyləncələri 10:30-dan 19:00-dək fəaliyyətdə olacaq.
Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanmasıdır. İstənilən halda, turistlər daim bələdçilərin nəzarəti altında olaraq, hər cür təhlükəsizlik ləvazimatları ilə təmin ediləcək. Eyni zamanda, kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan yuxarı vətəndaşlar - veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuz fəaliyyət göstərəcək.
Azərbaycanın ən gözəl regionlarından birində - Şahdağ milli parkının yaxınlığında yerləşən mərkəzin füsunkar təbiəti yay aylarında xüsusilə göz oxşayır. Yamyaşıl dağ yamacları həm aktiv istirahəti sevən, həm də sadəcə təmiz dağ havası və ruhu dincəldən sakitlikdən zövq almaq istəyən hər kəsin ixtiyarındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 57 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl