Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qubalılar: "fındıq alma deyil ki, tez xarab olsun"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubalılar: "fındıq alma deyil ki, tez xarab olsun"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Alma diyarı kimi tanınan Quba öz fındığı ilə də məşhur ola bilər

 

Reklam_3_11

Azərbaycanda ixracyönümlü qeyri-neft məhsulları arasında fındıq qazancına görə ön sıradadır. Ona görə də son illər bu sahəni inkişaf etdirmək üçün spesifik olan bölgələrdə bağların salınmasına başlanılıb. O cümlədən Quba rayonunda yaxın illərdə 2 min hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

 

Onu da bildirək ki, qubalılar hazırda daha çox meyvəçiliklə məşğuldurlar. Əhalinin demək olar ki, yarıdan çoxu öz ruzisini alma əkib becərərək qazanırlar. Hər il rayonda eyni adda bayram da keçirilir.

 

Bununla yanaşı, Quba torpağı üçün fındıq da yad bitki deyil. Rayonun aran kəndlərinin şəxsi təsərrüfatlarında fındıq əkilir. Hətta bir qədər gec yetişən fındığı bazara onun qıt vaxtı çıxarırlar. Bu da hava şəraiti ilə bağlıdır. Qubada meyvələrin çoxu bazara gec çıxarılır. Lakin fındığın kütləvi istehsalından  bu günədək istifadə edilməyib.     

 

Hazırda rayonun demək olar ki, bütün kəndlərində 1, 2, 3 illik pöhrələr yetişdirilir. Cəmi 115 hektar sahədə becərilən pöhrələrin ayrılmış ərazilərdə torpağa basdırılması başa çatıb. Kənd əhalisinin gəlir mənbələrindən olan fındıqçılığı inkişaf etdirmək üçün rayonun kəndlərində yeni bağ sahələrinin salınması üçün əlavə ərazilər də müəyyənləşdirilib. Rustov, Gültəpə, Zərqava, Orduc, Təncaltı, Hacıağalar, Mohuc, Alpan və digər kəndlərdə ayrılmış ərazilərdə fındıq ağaclarının becərilməsinə başlanıb. Rayon üzrə 2 min hektarlıq bağ sahəsinin cəmi 300-ü bələdiyyənin payına düşür. 1700 hektar sahə şəxsi təsərrüfat sahibləri tərəfindən becərilir. Bu da yerli əhalinin fındıq becərilməsində maraqlı olduqlarını göstərir.

 

Fındıq ağacı isti aylarda suya çox tələbkardır. Odur ki, salınan bağlarda öncə bu problemi həll edirlər. Birincisi, həmin bağlar daimi su hövzələrinin yaxınlığında yaradılır, ikincisi, gələcəkdə bağlarda müasir suvarma  sisteminin quraşdırılması nəzərdə tutulur.

 

Qubalıların əsas ticarət tərəfdaşı Rusiyadır. Bu səbəbdən satışla bağlı heç bir problemin olmayacağı artıq məlumdur. Üstəlik, saxlama kameraları da fındığı qəbul etməyə hazırdır. Digər tərəfdən, qubalılar demişkən, fındıq alma deyil ki, tez xarab olsun.

 

Onu da bildirək ki, fındıqçılıqla bağlı yerli əhali arasında maarifləndirmə işləri də aparılır. Bu məqsədlə indiyədək 32 kənddə şəxsi təsərrüfat sahibləri ilə görüşlər keçirilmiş, onlara fındıqçılıq barədə geniş məlumat verilmişdir. Yerli icra strukturlarının, Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları bu işdə yaxından iştirak edirlər. Bu cür işlərin nəticəsində gələcəkdə bir neçə kəndin sahibkarları bir təsərrüfatda birləşməyi də qərara alıblar. Aldığımız məlumata görə, artıq 72 fındıq istehsalçısı bu işdə qərarlıdır.    

  

Hazırda rayonda bu sahənin inkişafı ilə bağlı işlər davam edir. Çox çəkməz ki, tarixdə alma diyarı kimi tanınan Quba öz fındığı ilə də məşhur olar. Zəhmətkeş, işgüzar və ticarət sahəsində bacarığı olan qubalılar yəqin ki, bu işin də öhdəsindən layiqincə gələcəklər.

 

© "Azərbaycan"

15.06.2017 11:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ