"Fed davam edərsə, manata da ciddi təsir göstərəcək”

0% KREDİTLƏ OFİS MEBELİ!

 

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES, Fed) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 0,75-dən 1-1,25 faizədək artırdı. Artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FES-in bəyanatından dərhal sonra verilib.

 

Bəs Azərbaycanda uçot dərəcəsi və dolların məzənnəsi artacaqmı?

 

Oxu.Az xəbər verir ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı sualları cavablandırıb.

 

O bildirib ki, FES-in uçot dərəcəsini növbəti dəfə artırması Azərbaycana da təsirsiz ötüşməyəcək: “FES bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib. İstər avro, istər digər dövlətlərin milli valyutasına bu öz təsirini göstərməyə bilməz. Çünki dollar yeganə valyutadır ki, dünyanın bütün maliyyə bazarlarında fəaliyyət göstərir”.

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

FES-in son qərarının Azərbaycana konkret təsirinə gəlincə, V.Əhmədov qeyd edib ki, bu, birbaşa olmasa da, maliyyə bazarında müəyyən qədər ajiotaj yarada bilər: “Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma hələlik milli vayutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. Manatın xarici valyutalara kursu maliyyə institutlarının verdiyi tələb və təkliflər əsasında, o cümlədən neftin dünya bazarındakı qiyməti, idxal-ixrac əməliyyatları ilə tənzimlənir və sonda üzən məzənnə siyasəti ilə müəyyənləşir. İnanmıram ki, yaxın günlərdə FES-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FES uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.

 

© Fins

16 İyun 2017 , 11:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin