Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ənənəvi reklamlar satışı artırmır - McDonald's imtina etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ənənəvi reklamlar satışı artırmır - McDonald's imtina etdi

McDonald's,  41 ildir davam edən olimpiya oyunları sponsorluğunu dayandırmaq qərarı verib. “Marja” xəbər verir ki, bu barədə IOC (Beynəlxalq Olimpiya Komitəsi) tərəfindən edilən açıqlamada bildirilir.

 

"Marja" xəbər verir ki, ABŞ-ın məşhur "fast food" şəbəkəsi qərarına əsası olaraq televiziya reytinqlərinin aşağı düşməsini və artan sponsorluq xərclərini göstərib. 

 

Yemək, restoran xidmətləri və internetin keyfiyyətini daha da qaldırmaq istəyən və bu sahələrə investisiya yatıracaq McDonald's, son dövrlər digər xərclərini  də mümkün qədər azaltmağa cəhd edir.

 

 4 İL ÜÇÜN 100 MİLYON DOLLAR

 

 İlk dəfə 1968-ci ildə oyunlara sponsor olan McDonald's, 1976-ci ildə rəsmi ərzaq tədarükçüsü olaraq qarşıya çıxmışdı. McDonald's olimpiya oyunları sponsorluğundan imtina etməsinə baxmayaraq, aparılan danışıqlar nəticəsində gələn il Cənubi Koreyanın Pyeongchang şəhərində keçiriləcək qış oyunlarına dəstəyini davam etdirəcək.

 

McDonald's, hər 4 illik dövriyyə üçün IOC-yə 100 milyon dollar civarında bir ödəmə edirdi. Reuters xəbər agentliyinin mənbələrinə görə, IOC yeni müqaviləni ikiqat artırmaq istəyəndə McDonald's  ilə iplər qırılıb. IOC-ın ümumi sponsorluq gəliri  1 milyard dollara çatır. McDonald's-ın gedişilə itki 10 faiz ətrafında olur.

 

İZLƏNMƏ FAİZLƏRİ DÜŞÜR

 

McDonald's tərəfindən verilən bu qərar, istehlakçı markalarının bahalı sponsorluq müqavilələrinin satışa təsiri etmədiyi şəklində şərh olunur. Bəzi şirkətlər birbaşa atletlərlə çalışaraq, daha ucuz, daha çox təbliğat aparmaq yolunu seçir. Digər bir variant IOC yerinə qarşıya çıxan ölkələrlə sponsorluq müqaviləsi bağlamaqdır.

 

2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarından bu yana televiziya reytinqlərinin aşağı düşməsi, tamaşaçıların Rio oyunlarında Facebook və Twitter kimi sosial mediaya yönəlmələri McDonald's kimi şirkətlərin qərarına təsir edən amillər arasındadır. Belə ki, 2016 Rio oyunları 2010 London oyunlarına nisbətən 8.6 faiz daha az tamaşaçı cəlb etmişdi

 

Beynəlxalq otellər şəbəkəsi Hilton, ABŞ-ın telekommunikasiya şirkəti AT&T və investisiya bankı Citigroup olimpiya oyunlarına sponsor olmaqdan imtina edən digər şirkətlərdir. Digər tərəfdən, qlobal bazarda daha çox kütləyə çatmaq istəyən Alibaba kimi Uzaq Şərq markaları IOC ilə yeni sponsorluq müqavilələri imzalayır. Intel-in də IOC ilə yeni müqavilə bağlayacağı gözlənilir.

18.06.2017 13:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ