Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neftin qiyməti Azərbaycan üçün kritik olan səviyyəyə yaxınlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti Azərbaycan üçün kritik olan səviyyəyə yaxınlaşır


0% KREDİTLƏ OFİS MEBELİ!

 

Reklam_3_11

OPEC-in hasilatın azaldılması müqaviləsinə daxil edilməyən Liviya son dörd ildə ən çox neftini istehsal edib. Üstəlik tankerlərdə toplanan neft bu ay 2017-ci ilin ən yüksək səviyyəsinə çıxıb.

 


"Marja" xəbər verir ki, Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 2.72 milyon barrel düşüb. Çərşənbə günü açıqlanan rəsmi neft ehtiyatları göstəricisinin 1.2 milyon barel azalacağı gözlənilir. ABŞ-da neft hasilatı və  qazılan yeni quyular artır. Bunun nəticəsində ölkədə ehtiyatların yenidən artacağı gözlənilir.
 


ABŞ-da və Liviyada artan neft hasilatı, Neft İxrac Edən ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları səylərini heç edir. Baker Hughes Inc.-ının açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 22 həftə ardıcıl artıb və son 30 ilin ən uzun artım dövrünü keçirir.


 
Analitiklər, ABŞ-da quyuların artmasının neft  təklifini daha da artacağını gözləyirlər. 

 

Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 43,41 dollardan, Brent nefti 45.91 dollardan alıcı tapıb.

 

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri üçün neftin qiyməti 40 dollar götürülüb.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

21.06.2017 05:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ