Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kredit götürən azdır, banklar Foreks-ə daxil olmaq istəyirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit götürən azdır, banklar Foreks-ə daxil olmaq istəyirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iyunun 20-də keçirilən iclasında bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, o cümlədən bu istiqamətdə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə əlaqədar təkliflər müzakirə edilib.

 

"Marja" xəbər verir ki, Banklar assosiasiyasından verilən məlumata görə, ABA tərəfindən irəli sürülmüş təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə bazarlarının fəaliyyətinin inkişafı, real sektorun kreditləşdirilməsinin bərpası, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsinə dair məsələləri əhatə edib.

 

Maliyyə vasitəçisi (agent, broker) müştərilərin tapşırığı əsasında, onların adından və onların vəsaitləri ilə birjada alqı-satqı əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxsdir. Bu məqsədlə maliyyə vasitəçisi kapital bazarlarında səhmlərin, istiqrazların, müəyyən əmtəələrin, beynəlxalq valyutaların, törəmə maliyyə alətlərinin alqı-satqısında vasitəçilik edir.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

21.06.2017 06:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ